Su probleminə dair müzakirə aparılacaq-Parlamentdə
Milli Məclisdə su problemi müzakirə ediləcək.
YeniZamantv.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.
Sessiya müddətində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə içməli su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələr təşkil ediləcək.
Eyni zamanda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə suvarma mövsümünə hazırlıq işlərinə dair müzakirələr keçiriləcək.