Almaniya Bundestaqının deputatları çağırış ediblər
İnsan haqlarını pozduğuna görə İranla birgə parlament qrupunun işi dayandırılmalıdır.
YeniZamantv.az “Spiegel” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya Bundestaqının deputatları çıxış edib.
Hakim koalisiyanın deputatları və müxalifət bu qərarı yekdilliklə dəstəkləyib.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok Aİ Şurasının Brüsseldə xarici işlər nazirləri səviyyəsində iclası zamanı bildirmişdi ki, Aİ insan haqlarının pozulması səbəbindən İrana qarşı növbəti sanksiyalar paketi tətbiq etmək niyyətindədir.