20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Konstitusiya” Araşdırmalar Fondu: Səfirliyimizə silahlı hücumu qəti şəkildə pisləyir və ölkəmizə qarşı terror aktı kimi dəyərləndiririk-BƏYANAT

 “Konstitusiya” Araşdırmalar Fondu: Səfirliyimizə silahlı hücumu qəti şəkildə pisləyir və ölkəmizə qarşı terror aktı kimi dəyərləndiririk-BƏYANAT

Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla bağlı BƏYANAT yayıb.

YeniZamantv.az xəbər verir ki,bəyanatda deyilir:

27.01.2023-cü il tarixdə bir nəfərin həlak olması, iki nəfər mühafizə əməkdaşının yaralanması ilə nəticələnən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumu qəti şəkildə pisləyir və ölkəmizə qarşı terror aktı kimi dəyərləndiririk. Silahlı hücumun şəxsi zəmində baş verdiyi barədə İran polisinin və rəsmilərinin veridyi açıqlamalar məsuliyyətdən yayınmaq cəhdidir və bu cür addımlar bir daha göstərir ki, Azərbaycan səfirliyi məqsədli şəkildə hədəf kimi seçilib.

Xatırladırıq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.

Diqqətə çatdırırıq ki, son vaxtlar bir çox yüksək rütbəli İran ruhaniləri, hərbiçiləri, parlament üzvləri, məmurlar, keçmiş diplomatlar Azərbaycan Respublikası ilə bağlı əsassız iddialar irəli sürməklə, həmçinin həqiqətdən uzaq fikilər və rəylər söyləməklə ölkəmizə qarşı nifrət mühiti yaratmağa çalışblar, aqresiv hərəkətlərə təhrik ediblər. Azərbaycanın tarixini təhrif edən, ərazi bütövlüyü, suverenliyinə təhdid sayılacaq mülahizələrlə çıxış ediblər. Çox təəssüf ki, Azərbaycanın bu məsələlərlə bağlı təmkinli mövqeyi, addımlarına İran rəsmi dairələri tərəfindən adekvat reaksiya verilməyib. Azərbaycan səfirliyinə hücum bu ziyanlı təbliğat və təşviqatın da bəhrəsi kimi dəyərləndirilə bilər.

Səfirliyimizə qarşı bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik. İran dövləti məsuliyyətdən yayınmaq üçün addımlar atmaqda davam etsə, bu İranı terrorçu dövlət kimi tanıdacaq və müvafiq hüquqi və siyasi nəticələrə səbəb olacaq.

Paylaşın:

Digər yazılar