20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Nəsimi Qarabağlı Həsənov yazır: Əslən şuşalı olan Vasif Tağıyev

 Nəsimi Qarabağlı Həsənov yazır: Əslən şuşalı olan Vasif Tağıyev
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Terror hadisəsinin baş verməsi ilə bağlı istər ictimaiyyət, istərsə də   Vətəndaş Cəmiyyəti nümayəndələri sosial mediada paylaşımlar edirlər. Dünya Azərbaycanlıları Vətənpərvərləri ictimai birliyinin prezidenti  Nəsimi Qarabağlı Həsənovun bir paylaşımı diqqətimizi çəkdi.YeniZamantv.az onu təqdim edir:
Yanvarın 27-də  İran İslam Respublikasındakı səfirliyimizə hücum edən terrorçunu zərərsizləşdirən #QƏHRƏMAN🇦🇿 Vasif Tağıyev.
Əslən Şuşadan olan Vasif ailəlidir, üç övladı , iki qızı, bir oğlu var.
Vasif Tağıyev 1989-cu ildə #Şuşa şəhərində anadan olub. Məcburi köçkün kimi qeydiyyatdadır. Bir bacısı, bir qardaşı var. Anası həkimdir, atası təqaüddədir. Vətən belə oğullarla var olur.
Terror nəticəsində həyatını itirən şəhidimiz Orxan Əsgərova Allahdan rəhmət diləyir, yaralılarımıza tez sağalmalarını arzulayırıq!
Paylaşın:

Digər yazılar