İranlılara şəhidimizin tabutunu daşımağa icazə verilmədi
Azərbaycan heyəti ötən gün İran əsgərlərinə şəhid Orxan Əsgərovun tabutunu daşımağa imkan verməyib.
YeniZamantv.az xəbər verir ki, hadisə şəhidimizin nəşinin Bakıya gətirilmək üçün təyyarəyə daşınması zamanı yaşanıb.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.
Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.