10.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT sədrindən ETİRAZ – Televiziyalarda xüsusi günlərdə proqram siyasəti olmalıdır

 QHT sədrindən ETİRAZ – Televiziyalarda xüsusi günlərdə proqram siyasəti olmalıdır
Təəssüf ki, istər şəhid xəbəri gələn günlər, istərsə də digər itki verdiyimiz günlərdə televiziyalarda proqram dəyişikliyi edilmir. Olaydan televiziya vasitəsilə xəbər tutmaq istəyən tamaşaçılar çal-çağır verililişləri ilə rastlaşır, təbii ki, bu, qəzəblə qarşılanır, insanların televiziyalara olan etimadı azalır. Sonra təəssüflə qeyd edirik ki, sosial media ənənəvi mediaya qalib gəlir. Bu dəfə də elə oldu. İranda Azərbaycan səfirliyində baş verən terror hadisəsi günü və şəhidimizin Vətənə gətirilmə saatları əksər televiziyalar proqramlarında heç bir dəyişiklik etmədi.
“Əsgər Ailələrinə Dəstək” İB-nin rəhbəri Mətanət Əsgərqızı sözügedən problemlə bağlı televiziyalara səslənib. Mətanət xanımın haqlı iradını təqdim edirik:
“Bəyəm dövlətin kritik məqamlarda tv- lər üçün proqram siyasəti yoxdur? Buna nəzarət edən də hiss olunmur. Onda o maaşı niyə alırsız??? Belə məqamlarda hər şey vətənə xidmət etməlidir.Nəhayət tv siyasətinizdə vətənpərvərlik göstərib bu günlər proqramlarınızda dəyişiklik edin. Özünüz o yana, tv- lərə dünya baxır. Özümüzə hörmət etmiriksə, bizə hörmət edən olmayacaq!”.
Azadmedia.az qeyd edir ki, Mətanət xanım uzun illər AzTV-də jurnalist kimi fəaliyyət göstərib. 

www.AzadMedia.az

Paylaşın:

Digər yazılar