XİN: Ermənistan keçmişin səhvlərindən dərs çıxarmalı, sülh müqaviləsini imzalamalıdır
Ermənistan keçmişin səhvlərindən dərs çıxarmalı, sülh müqaviləsini imzalamalıdır.
YeniZamantv.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tviterdə bildirib.
“Zaman vacibdir. Reallığa əsaslanan sağlam siyasət yeni faciələrin qarşısını alamağa qadirdir.
İrəvan xəyallara və fantaziyalara arxalanmağı dayandırmalı, faktları qəbul etməlidir”, – deyə paylaşımda qeyd olunub.