Ağ Ev bildirib ki, Peskovun START-3 ilə bağlı sözləri yaxşı əlamətdir – ÖZƏL
Ağ Evin Milli Təhlükəsizlik Şurasının Müdafiə Siyasəti və Silahlara Nəzarət Koordinatoru Cara Abercrombie deyib.
YeniZamantv.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun şərhi hər iki tərəfin START-3-də maraqlı olduğunu göstərir.
“Cənab Peskovun bugünkü şərhinə gəlincə, hesab edirəm ki, bu bir daha göstərir ki, hər iki tərəf silahlara nəzarət və START-3-ü bizim ümumi maraqlarımız hesab etməkdə davam edir.
Bu da müsbət haldır”, – deyə Aberkrombi bildirib.
Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov The Wall Street Journal-ın məlumatını şərh edib.
ABŞ Dövlət Departamentinin Rusiyanı Amerika təftişlərini “bloklamaq” səbəbiylə Strateji Silahların Azaldılması və Məhdudlaşdırılması Müqaviləsini (START) pozmaqda ittiham etdiyini, Moskva ilə Vaşinqton arasında dialoqa dair bir neçə işarənin olduğunu, lakin onların qorunub saxlanmalı olduğunu bildirib.