23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

QHT yeni layihənin icrasına başladı.

 QHT yeni layihənin icrasına başladı.

“Qadın və Cəmiyyət”  Vətəndaş Maarifçiliyi ictimai birliyi yeni layihənin icrasına başlayıb.

Layihə belə adlanır: “Müharibə iştirakçılarına psixoloji dəstəyin göstərilməsi – gəzintilərin təşkili”. Layihə Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Şəbnəm Rəfaelqızının verdiyi xəbərə görə layihə üç ay icra olunacaq. 01.02.2023-01.05.2023 –cü tarixlərə qədər həssas qruplarla iş aparılacaq. “Qadın və Cəmiyyət”  Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri  onu da xüsusi vurğulayıb ki, əslində ictimai birlik həssas qruplarla  fəaliyyətini bütün ili qurur.

Layihənin məqsədi  müharibə iştirakçılarına   psixoloji dəstək olaraq onların cəmiyyətə  inteqrasiyasına yardımçı olmaq, bir fərdinə çevirməkdir. Onların   da ictimai işlərə cəlb olunması, iştirakı, sosial aktivliyinin artırılması  layihənin   məqsədlərindəndir . Məqsədlərə çatmaq üçün  hədəflər  bunlardır:
Müharibə iştirakçıları ilə psixoloqlar məşğul olacaqlar.

Aktivliklərini artırmaq üçün mühitlərini dəyişmək məqsədi ilə səyahətlər təşkil olunacaq. Bakı şəhəri- Şuşa, Quba rayonunda  baş tutacaq. Bakı şəhərində   çay süfrəsi, iki rayonda yemək və iki dəfə çay süfrəsi düzənlənəcək. Sözsüz ki, səyahətlərdə psixoloqlar müharibə iştirakçıları ilə məşğul olacaqlar.

 

 

Paylaşın:

Digər yazılar