23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

ABŞ faktiki olaraq Cənubi Qafqazı Rusiyanın təsirindən çıxarmaq istəyir

 ABŞ faktiki olaraq Cənubi Qafqazı Rusiyanın təsirindən çıxarmaq istəyir

“Lui Bonon ABŞ-nin Qafqazda danışıqlar üzrə təyin etdiyi ikinci baş məsləhətçidir. Görünür, onun sələfinin fəaliyyəti Vaşinqtonu razı salmadığı üçün L.Bonon bu vəzifəyə gətirilib”

YeniZamantv.az xəbər verir ki, Bu sözləri politoloq Cümşüd Nuriyev ABŞ dövlət katibi Entoni Blinkenin Xarici Əlaqələr üzrə Ali Şuranın üzvü Lui Bononu, Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin etməsini şərh edərkən deyib.

O qeyd edib ki, L.Bonon Cənubi Qafqaz üzrə peşəkardır:

“Ehtimal ki, o Gürcüstan, Ermənistan və ya Azərbaycanda hansısa bir şirkətin tərkibində başqa adla çalışıb, yaşayıb.

ABŞ faktiki olaraq Cənubi Qafqazı Rusiyanın təsirindən çıxarmaq istəyir. Hazırda Kreml üçün Qafqaz tək nəfəslikdir. Azərbaycan xüsusilə burada önəmli ölkədir. Hesab edirəm, bu məsələdə ABŞ ilə ortaq hərəkət etməməliyik. Çünki bizim öz milli maraqlarımız var. Digər tərəfdən, Rusiya faktorunu nəzərə almalıyıq.

ABŞ regionda Rusiya ilə mübarizədə məğlub olduğu üçün L.Bonon kimi regionu tanıyan insanları göndərir. Qeyd etmək olar ki, rəsmi Vaşinqton Gürcüstanda yarım qələbə qazandı. Lakin Saakaşvili ABŞ-ni tam qane etmədi.

Paylaşın:

Digər yazılar