23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

ABŞ Türkiyəni Rusiyaya mal ixracını dayandırmağa çağırıb

 ABŞ Türkiyəni Rusiyaya mal ixracını dayandırmağa çağırıb

YeniZamantv.az Sosialmedia.az-a istinadən xəbər verir ki, ABŞ Türkiyədən Rusiyaya mal ixracını dayandırmağı tələb edir, çünki amerikalıların fikrincə, bu, Moskvaya Ukraynadakı münaqişəni davam etdirməyə kömək edir.

ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson bu həftə Türkiyə rəsmiləri ilə görüşdə belə bir xəbərdarlıq edib. Yaxın həftələrdə Ankaranı ABŞ sanksiyalarına əməl etməyə məcbur etmək üçün Aİ və ABŞ-dan daha çox səfərlər gözlənilir.

Mənbələrə görə, 2022-ci ilin mart-oktyabr aylarında türk ixracatçıları Rusiyaya təxminən 800 milyon dollar dəyərində mal göndərib.

Bu arada Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bir müddət əvvəl bildirib ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur, çünki bu, Ankaraya Rusiyadan daha çox ziyan vuracaq.

Paylaşın:

Digər yazılar