Ceffri Silverman – Legionun millətçiləri Gürcüstana qayıdaraq hazırkı hakimiyyəti devirəcəklər
“Gürcüstandakı böhran dünya üçün Ukrayna böhranından qat-qat böyük təhlükəyə çevrilə bilər”.
YeniZamantv.az xəbər verir ki, Bunu Mixail Saakaşvilinin keçmiş müşaviri Ceffri Silverman “İzvestiya”ya müsahibəsində deyib.
“Ukraynada itən silahlar “gürcü legionu”nun millətçiləri tərəfindən Türkiyəyə, Gürcüstana çatdırılıb. Ölkənin müxtəlif yerlərində yerləşdirilib. Əfqanıstan və İraqdakı qeyri-qanuni müharibələrdən qayıdan bu həmin şəxslər pul dalınca gəliblər”, – Silverman bildirib.
Onun fikrincə, “gürcü legionu”nun müharibələrdən qayıdan millətçiləri yenidən pul qazanmaq üçün hər şeyə hazır olacaqlar, çünki onlar peşəkar killerdirlər. Silverman hesab edir ki, legionun millətçiləri Gürcüstana qayıdaraq hazırkı hakimiyyəti devirəcəklər.
“Gürcüstandakı böhran dünya üçün Ukrayna böhranından qat-qat böyük təhlükə ola bilər. Gürcüstanı hamı unudub, amma Gürcüstan “düymədir”, qaynar nöqtədir. Və tezliklə orada çox pis bir şey olacaq, – keçmiş müşavir xəbərdarlıq edib.
O qeyd edib ki, son vaxtlar vəziyyət qızışır, lakin heç kim bu barədə danışmağa tələsmir:
“Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq, həqiqətən ümid edirəm ki, yanılıram” /editor.az/