“Heydər Əliyev və vətənpərvər Azərbaycan Gəncliyi” mövzusunda tədbir Nərimanov rayonunda keçirilib – FOTO
2 fevral 2023-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nərimanov Rayon İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə “Gənclər həftəsi” çərçivəsində “Heydər Əliyev və vətənpərvər Azərbaycan Gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib.
YeniZamantv.az xəbər verir ki, görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun atası, Rayon Ağsaqqalar Şurasının sədri Arif Hümbətov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nərimanov Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Aqşin Əliyev, Psixoloji Sınaq Mərkəzinin təsisçisi ve psixoloq Nigar Məhərrəmova, Azərbaycan Mədəniyyəti sosial Platformasının sədri Vüsalə Fətullayeva üzvləri ifaçıları , ali və orta ixtisas təhsil müəssisələrinin tələbə gənclər təşkilatlarının sədrləri, müavinləri, elm, mədəniyyət və təhsil sahələrində fərqlənən gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib, Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulduğunu və bu günkü bayramın Ulu Öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirib, Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqətdən, aparılan sistemli işdən, inkişafın yeni hədəflərinin müəyyən edildiyindən bəhs ediblər.
Çıxışlardan sonra təhsil, idman, elm, mədəniyyət və digər sahələrdə fərqlənən bir qrup fəal gənc fəxri fərmanlarla təltif olunmuşlar.
Fotolar