24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Kadri Simson: Avropa enerji böhranı ilə üzləşdi, Azərbaycan bu çətin vəziyyətdə Avropaya köməyə gəldi

 Kadri Simson: Avropa enerji böhranı ilə üzləşdi, Azərbaycan bu çətin vəziyyətdə Avropaya köməyə gəldi

Avropa İttifaqı (Aİ) Azərbaycanla enerji sahəsində əməkdaşlığı möhkəmləndirməkdə israrlıdır.

YeniZamantv.az  xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.

“Əlbəttə əməkdaşlıq təkcə qaz təchizatı ilə məhdudlaşmalı deyil. Çünki Azərbaycanın bərpa oluna enerji potensialı var və bu porensialdan istifadə edilməlidir. Tədbir çərçivəsində Azərbaycanın külək və günəş enerjisindən istifadə, həmçinin istixana qazlarının atmosferə atılamasının azaldılması ilə bağlı geniş müzakirə aparıldı. Hesab edirəm ki, məşvərt şurası çərçivəsində bizim çox yaxşı iclasımız keçdi.

Mən üçüncü dəfədir ki, Bakıya səfər edirəm və səmimi qəbula görə, cənab Prezident İlham Əliyev və energetika naziri Pərviz Şahbazova təşəkkür edirəm”, – K. Simson bildirib.

Onun sözlərinə görə, ötən il Avropa enerji böhranı ilə üzləşdi: “Azərbaycan bu çətin vəziyyətdə Avropaya köməyə gəldi. Biz gördük ki, Avropanın günəş və külək enejisi potensialı azdır. Biz məcbur olduq üzv ölkələrə deyək ki, eneji istismarını azaldın. Azərbaycan da məhz bu çətin məqamda bizə köməyə gəldi və Azərbaycan Avropaya qaz təchizatını 40 %-ə qədər artırdı”.

K. Simson vurğulayıb ki, Avropa İttifaqı qarşıdakı illərdə Azərbaycanın qaz təchizatının həcmini iki dəfəyə qədər artırılmasını gözləyir: “Bunu etmək o qədər də çətin deyil. Əslində bunu etmək texniki baxımdan çətin deyil. Çünki biri var yeni kəmər çəkəsən, biri də var ki, sən mövcud kəmərin imkanlarını genişləndirəsən. Hesab edirəm ki, Azərbaycan bunu da bacaracaq”.

Paylaşın:

Digər yazılar