22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Media İnkişaf Agentliyi qısa zamanda xeyli işlər görüb” – Rəfail Becanov

 “Media İnkişaf Agentliyi qısa zamanda xeyli işlər görüb” – Rəfail Becanov

“Sosial şəbəkələrdə Azərbaycana qarşı xaricdən başladılan kampaniyalara diqqət ayırmaq əvəzinə, Media İnkişaf Agentliyinin imicinə zərbə vurmaq üçün sanki bir yarış kampaniyası başlayıb.

Təbii ki, iş olan yerdə səhvin və razılaşmadğımız məqamların olması qaçılmazdır. Amma, insaf və həqiqət naminə onu da deməliyik ki, Media İnkişaf Agentliyi qısa zaman ərzində media mühitinin müasirləşdirilməsi yönündə xeyli işlər görüb. Jurnalsitləri narahat edən bir çox problemlər MEDİA-ya aid deyil. Həmin problemlərə cavabdeh olan qurumlardan danışmaq, yazmaq daha məntiqlidir.

Mən də məlumatlıyam ki, bir çox diplomalar sistemdə görünmür və MEDİA jurnalistlərin qeydiyyata düşməsi üçün diplomların notarial təsdiqini istəyir.

MEDİA diplomların sistemdə görünməsi məsələsini necə həll edə bilər? Bunu başqa bir qurum həll etməlidir və sistemlərin inteqrasiyası olmalıdır. Yaxud 20 illlik sosial sığorta şəhadətnaməsi olan bir jurnalistin sistemdə iş stajı 2-3 il çıxırsa, MEDİA nə edə bilər ki? Belə problemlər MEDİA-ya aid deyil. Bu məqamlara görə MEDİA-ya yüklənmək ədalətli deyil”.

YeniZamantv.az xəbər verir ki, Bu sözləri Olaylar.az-a “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfail Becanov deyib.

“Ümumiyyətlə, hesab edirəm ki, MEDİA jurnalist müəyyənləşdirmir və ya kiminsə reyestrdə görünməsi onun jurnalistliyinin təsdiq etmir. Bu, jurnalistlərin indiyə qədər qarşılaşdığı bir sıra problemələrin həllinə dəstək məqsədi daşıyır. İndiyə qədər banklar jurnalistə sadə bir telefonu kreditlə götürmək hüququ tanımırdı. Reyestr bu imkanları yaradır.

Yəni, jurnalsitin sosial güzəştlərdən, əhalinin digər kateqoriyalarına tanınan hüquqlardan istifadəsinə imkan qazandırır. Media subyektlərinin reyestrə düşməsinin niyə pis olduğunu anlamaq çətindir. Media cəmiyyətin informasiya mühitinin əsas bazasıdır. Sosial şəbəkələr nə qədər medianı önləsə də, etibarlılıq baxımından media öndədir. Ona görə də medianın düzənli fəaliyyəti vacibdir. Sosial şəbəkələrin belə qaydaları var və onlar əsasında fəaliyyət göstərirlər.

Tutaq ki, MEDİA bu funksiyaları icra etmədi, nə dəyişəcək ki? Əksinə, şou-yazarçılıq daha da vüsətlənəcək və ciddi media indiki durumdan da aşağı səviyyəyə yuvarlanacaq.

Dünən dostlardan biri sosial şəbəkədə bir qəzetin şəklini paylaşmışdı. Birinci dəfə idi adını eşidirdim. 3-4 ayda bir dəfə çıxır. İndi MEDİA heç bir hüquqi sənədləri olmayan, elementar şərtlərə sahib olmayan bu subyekti media orqanı kimi bəh-bəhlə reyestrə daxil etsin və reket jurnalsitikanın çiçəklənlənməsinə töhfə versin?

Bu adamlar MEDİA-nı da, onun rəbhərliyini də hər yerdə şəxsi maraqları reallaşmadığından tənqid hədəfinə çevirməyə cəhd edəcəklər. Təbiidir.

İnformasiya mühitimiz xüsusən son zamanlar ciddi təhlükə qarşısındadır. Sağdan, soldan dövlətimizin və xalqımızın zərərinə olan fikirləri cəmiyyətimizə sırımaq istəyənlər çoxdur. Onların məqsədi cəmiyyəti çaşdırmaqdır.

İranın siyasi məqsədlərinin “daxili və xarici dəllalları”, başqa bir ölkənin hansısa “kolonu” və s. kimi peşəkar şəbəkələri informasiya mühitimizdə qarışıq fikirlər fonunda bizi öz əsirinə çevirmək istəyir. Biz bunu unutmalı deyilik”.

Paylaşın:

Digər yazılar