Adil Əliyev seçki qərargahında növbəti dəfə qəbul keçirdi
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini , deputat Adil Əliyev seçildiyi 20 saylı Nərimanov II seçki dairəsində yerləşən seçki qərargahında 38 nəfər şəhid ailəsinin, qazilərin və seçicilərin növbəti dəfə qəbulunu keçirdi.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu müraciətlər dinlənildi. Müraciətlərin bir qisimi yerindəcə həllini tapdı. Seçicilərlə görüşdə deputat digər müraciət və şikayətlərin həll edilməsi ilə əlaqədar aidiyyəti qurumlara məktublar ünvanlamaq qərarına gəldiyini qeyd etdi.
Görüş zamanı o, həmçinin vurğuladı ki, vətəndaşların sosial rifah vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən bütün addımlar atılır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların qəbul edilməsi, müraciətlərinin dinlənməsi istiqamətində tərəfimizdən genişmiqyaslı iş aparılır. Eyni zamanda ünvanıma daxil olan bütün şifahi və yazılı müraciətlər geniş şəkildə təhlil edilərək, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq addımlar atılır.
FOTOLAR
Mətanət Əsgərqızı
YeniZamantv.az