20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Samir Adıgözəlli: “Xoyda zəlzələdən zülm çəkən uşaqların vəziyyətinə də heç bir reaksiya verilmir”.

 Samir Adıgözəlli: “Xoyda zəlzələdən zülm çəkən uşaqların vəziyyətinə də heç bir reaksiya verilmir”.

Xoyda baş verən dəhşətli zələzələ soydaşlarımızı çıxılmaz vəziyyətə salıb. Zəlzələ səbəbindən şaxtada çöllərdə qalan ailələrin azyaşlı uşaqları həyati təhlükə ilə üz-üzə qalıblar. Lakin heç bir beynəlxalq qurum, o cümlədən də UNICEF xoylu uşaqların vəziyyətinə lazımi insani reaksiya vermir.

 

“Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti onlara yardım etmək üçün mövcud vəziyyətə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) müdaxiləsini tələb edir.

 

Məsələ burasındadır ki, Xankəndidə firavanlıq içində yaşayan, təhsil alan, səhiyyə xidməti ilə təmin olunan erməni uşaqların vəziyyəti ilə bağlı yalan məlumatlar yayan, şou yaradan UNICEF Xoyda zəlzələdən əziyyət çəkən uşaqlara diqqət yetirmir, onların qayğı və çətinlikləri ilə maraqlanmır. Qışın ortasında soyuqdan, aclıqdan əziyyət çəkən, ev-eşiksiz qalan türk uşaqlarıdır ki, molla rejimi də, UNICEF də onlara qayğı göstərmir.

 

DAK-ın Aparat rəhbəri və İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində vurğuladı ki, beynəlxalq qurumlar İranda baş verən proseslərə, insanların həbsinə, edam edilməsinə və digər məsələlərə ciddi reakiya vermir: “Bu gün orada soydaşlarımızın milli haqqları pozur, hüquqları tapdanır, rejim tərəfindən hər cür ayrıseçkiliyə məruz qalırlar. Amma təəssüflər olsun ki, hələ də beynəlxalq qurumlar bu məsələdə İrana hər hansı bir təpki göstərmir. Xoyda zəlzələdən zülm çəkən uşaqların vəziyyətinə də heç bir reaksiya verilmir. Halbuki, uşaqların hüquqlarının beynəlxalq müdafiəsi təşkilatları Azərbaycanda heç bir şey olamadan da yalançı hay-küy qaldırırlar, guya burada nə isə baş verib. Amma İran məsələsində susurlar. UNICEF Laçın yolu məsələsi ətrafında şou yaratdı, yalan informasiya yaydı ki, guya bizim fəalların aksiyasından Xankəndidəki erməni uşaqları “əziyyət” çəkir. Yalandan iddia edirdilər ki, erməni uşaqları “blokadaya” düşüb, “acından ölürlər” və sair. Əslində isə elə bir şey yoxdur.

 

Əlbəttə, bu onların ermənipərəstliyindən, anti-Azərbaycan mövqeyində olmağından irəli gəlir. Xoylu türk uşaqlarının, körpələrinin faciəsinə, müsibətinə göz yumması bu təşkilatın riyakarlığından irəli gəlir. UNICEF riyakarlıq edir. Bu təşkilatlar harda türk varsa mütləq ora ədalətsiz yanaşırlar. Buna görə də, Tehran kimi rejimlər istədiklərini edirlər. Xoyda zəlzələ nəticəsində ev-eşiyini itirən, ac-sussuz küçələrdə qalan soydaşlarımıza, onların uşaqlarına qarşı molla rejimi düşmən münasibət göstərir, qayığlarına qalmır. Bu azmış kimi, UNICEF də kor və kar olub. Körpələr soyuqdan donur, aclıqdan məhv olmaq təhlükəsi ilə qarşılaşıblar. Xoydakı körpələrin isti evlə, isti yeməklə, isti geyimlə təmin olunmasına ciddi ehtiyac var. İran bunu etmir, bunlar da göz yumur”.

 

UNICEF kimi təşkilatların artıq çoxdan siyasiləşdiyini deyən S.Adıgözəlli hesab edir ki, onları yalnız ermənilər və başqa xristianlar maraqlandırır, türklər, müsəlmanlar maraqlandırmır. O hesab edir ki, bu gün UNICEF-dən xalq olaraq Xoy şəhərinə, Cənubi Azərbaycan uşaqlarının acı vəziyyətinə münasib reaksiya vermək tələb olunmalıdır. “Bu təşkilatın yalnız adı uşaq fondudur, fəaliyyəti isə çoxdan siyasiləşib. Görsənən odur ki, UNICEF də başqa beynəlxalq təşkilatlar kimi müəyyən dövlətlər tərəfindən idarə olunur, bu səbəbdən də özbaşına reaksiya verə bilmir. Gərək onu idarə edən dövlətlər təlimat versin ki, o da reaksiya versin. Belə olmasaydı, çoxdan reaksiya verilməli idi. Bu cür qurumların əsl siması indiki situasiyalarda üzə çıxır”-deyə S.Adıgözəlli qeyd etdi.

 

İradə SARIYEVA

Paylaşın:

Digər yazılar