22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Sentyabr döyüşlərinin daha bir detalı: Arutyunyanın etirafı ortaya çıxdı

 Sentyabr döyüşlərinin daha bir detalı: Arutyunyanın etirafı ortaya çıxdı

Sentyabr döyüşlərindən sonra Rusiya sülhməramlıları vasitəsilə Qarabağdan Ermənistana separatçı birliklər gətirilib.

YeniZamantv.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, Ermənistana göndərilən dəstə Cermuk (İstisu) şəhərində yerləşdirilib. Bu birliklərə isə qondarma rejimin Təhlükəsizlik Şurasının hazırkı rəhbəri “Çolka” ləqəbli Ararat Melkumyan, “Milli Təhlükəsizlik Xidməti”nin rəhbəri Qraat Yesayan və xüsusi təyinatlıların komandiri Roland Aydinyan rəhbərlik edib. Qəzet bu məlumatının sentyabrın 24-də Ermənistan rəsmiləri tərəfindən təkzib olunsa da Araik Arutyunyanın onun Moskvaya getmədən öncə etdiyi çıxışı zamanı təsdiqlədiyini bildirib. Belə ki, 200 nəfərlik auditoriya qarşısında çıxış edən separatçı lider “sentyabr döyüşlərindən dərhal sonra Ermənistana qoşun göndərdik” sözlərindən istifadə edib. Bununla belə Arutyunyan qondaram rejimdə silahın olduğunu, amma Bakı ilə dialoqun həddən artıq vacib olduğunu sakinlərə çatdırıb.

Qəzet həmçinin keçən bazar günü keçirilən görüşün yeni detallarını da yazıb. Belə ki, Arutyunyan çıxışı zamanı Ermənistan hakimiyyət nümayəndələrinin ona Qarabağla bağlı aktiv fəaliyyət apardıqlarını və beynəlxalq strukturlara müraciət etdiklərini bildirib. Lakin Arutyunyan bu prosesə inanmadığını söyləyib. Separatçı lideri verilən bəyanatların heç bir dəyər kəsb etmədiyini bildirib. Bunun üçün Ermənistanın 26 il ərzində BMT TŞ qətnamələrinin icra etməməsini nümunə göstərən Arutyunyan Azərbaycan üçün də son verilən bəyanatların heç bir əhəmiyyəti olmayacağını deyib.

Qeyd edək ki, keçən bazar günü keçirdiyi görüşdə Arutyunyan həmçinin Rusiya sülhməramlılarına güvənmək gərəkmədiyini və separatçıların Bakı ilə birbaşa danışıqlara getməli olduğunu deyib. O yalnız bunun sayəsində Laçın yolundakı vəziyyətin yoluna qoyulacağını bildirib.

 

Paylaşın:

Digər yazılar