22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Güney Qafqaz tarixi xəritələrdə. I yazı: 1858-ci il. “Xankəndi” və nöqtə! (Şəkillər)

 Güney Qafqaz tarixi xəritələrdə. I yazı: 1858-ci il. “Xankəndi” və nöqtə! (Şəkillər)
YeniZamantv.az  sizə maraqlı bir yazını təqdim edir:
Ərazi mübahisəsində ən güclü arqumentlərdən biri sözsüz ki, toponimlərdir. Bəs toponimlər özləri total şəkildə dəyişdiriliblərsə, onda necə?! Bu zaman onların əvvəl necə olduğunu görmək üçün tarixi xəritələrə baxmaq lazımdır. Belə də edəcəyik.

AzVision.az Rusiya İmperiyasının, eləcə də SSRİ dövrünün müxtəlif vaxtlara aid xəritə və atlaslarını oxucularına təqdim edəcək. Bunlar müxtəlif təyinatlı xəritələr olacaqlar (hərbi, topoqrafik, fiziki, inzibati). Amma bizə lazım olan məqsəd – toponimlərin necə dəyişməsini izləmək üçün hamısı yarayır.

Güney Qafqazın Rusiya İmperiyasına birləşdirlməsindən sonra dərc olunan ilk xəritələrdən biri 1858-ci ilə aid “Qafqaz diyarının baş xəritəsi”dir. Xəritəni “Hərbi məcmuə” (“Военный сборник”) aylıq jurnalı nəşr edib. 1858-1917-ci illərdə çıxan bu jurnal Rusiya İmperiyasının Hərbi Nazirliyinin rəsmi orqanı idi. İmperator II Aleksandr özü də jurnalı oxuyur və bəyənirdi.

Hərbi jurnalın ilk dərc etdiyi xəritələrdən birinin Qafqaza həsr olunması təsadüfi deyil. Rusiya İmperiyasının yenicə özünə birləşdirdiyi regionun müfəssəl xəritəsinə ehtiyac vardı.
öründüyü kimi, Güney Qafqazın (Zaqafqaziya) qərbi 3 quberniyanın arasında bölünüb: Şamaxı, Tiflis və İrəvan quberniyaları. Onların inzibati sərhədləri qalın tünd-yaşıl xətlə göstərilib (Şamaxı quberniyasının ortasından axam Kür çayını sərhəd xəttilə qarışdırmayın). Hazırda “Qarabağ” kimi tanınan ərazi indiki Ermənistanın cənub-şərqi ilə birlikdə (yəni Zəngəzur mahalı olaraq) Şamaxı quberniyasının tərkibindədir. Orada Ermənilərə aid hansısa inzibati izdən söhbət də gedə bilməz.
Bir qədər də yaxından baxanda bölgənin iri mərkəz şəhəri kimi Şuşanı və onu Gəncə (Yelizavetpol) ilə birləşdirən yolu görürük. Şuşanın yanında daha kiçik yaşayış məntəqəsinin adı qeyd olunub: “Ханъ-кенды”. Azca yuxarıda isə “Ходжалинская”.

Bir də xatırladaq ki, bu xəritə 1858-ci ildə Rusiyanın Hərbi Nazirliyinin jurnalı tərəfindən dərc olunub. Əgər Qarabağdakı Rusiya Sülhməramlı Missiyası həqiqətən də “toponimlərə hörmət edirsə” (Volkov) “Stepanakert” sözündən birdəfəlik imtina edib, oranın adını əslində olduğu kimi “Xankəndi” yazmalıdırlar. Necə ki, 1858-ci ildə sələfləri yazıblar… Bu, həm də öz babalarına hörmət olardı.

İndiki Ermənistan ərazisinə nəzərə salanda isə aradan keçən müddətdə toponimlərin başına hansı oyunun gətirildiyini daha yaxşı görmək olur. Göyçə gölünün adı əvvəlcə Azərbaycan versiyasında yazılıb. Alagöz dağı ancaq Azərbaycan variantında verilib.

Bu, hazırkı Ermənistan ərazisində ən hündür zirvədir (4095 metr). Ermənilər ona “Araqaç” deyir və aparıb Urartu çarı Argiştiyə bağlayırlar. Halbuki, 160 il əvvəl dağın bircə adı var idi, o da Azərbaycan dilində (Üstəlik, necə də gözəl addır: “Alagöz”).

Göyçə gölünün yanındakı “Yeni Bəyazid” adlı yaşayış məntəqəsi dərhal diqqəti çəkir. Xəritənin işarələnmə sistemindən onun həmin dövr üçün kifayət qədər iri yaşayış məntəqəsi olduğu aydınlaşır. Hazırda Ermənistan ərazisində həmin yerdə heç bir yaşayış məntəqəsi yoxdur. İndi həmin ərazinin yaxınlığında Kəvər (“Gavar”) kiçik şəhəri var (sovet vaxtı “Kamo” adlanırdı).

1858-ci ilə aid xəritədə İrəvanın bütün ətrafı Azərbaycan-türk toponimləri ilə doludur. Onlar saymaqla qurtarmaz: Uluxanlı, Kəmərli, Qarabulaq, Sərdarabad, Gözəldərə, Bulaqbaşı… Hamısı da xəritədə açıq-aydın görünür!

Mövzu ilə daha dərindən maraqlananlar və xəritəni müstəqil şəkildə araşdırmaq istəyənlər onun böyük şəklini (10499*8642, 142 mb) əldə etmək üçün redaksiya ilə əlaqə saxlaya bilərlər.

Növbəti materialda sizi daha bir maraqlı tarixi xəritə ilə tanış edəcəyik.

Vüsal Məmmədov
AzVision.az

Paylaşın:

Digər yazılar