Media jurnalistikanın üzqaralarından təmizlənməlidir – Elnurə Abuşova yazır…
Media Reyestrdən keçməyənlər və keçənlər, arqumentlərinizi əsaslandırın faktlarla, daha bir-birinizi niyə təhqir edirsiz? Axı həmkarsız…
Mən Agentlikdəkilərin çoxunu şəxsən tanıyıram. Mədəni, kübar insanlardılar hamısı. Heç vaxt inanmaram ki, onlar tapşırıq verə ki, keçin təhqirə. Bu papadan artıq katoliklər yaman qorxulu adamlardı. Zarafat deyil, Əli Həsənov məktəbi keçiblər!!!
Eləcə də qarşı tərəfdə təhqirlə danışanlar, kənardan pis görünür. Beynəlxalq konvensiyalardan, konstitusiyadan misal gətirin, fikrinizi əsaslandırın. Təhqir nəyə lazım. Media cameəsinə nizam lazım, yolu nədir bilmirəm, amma mühacirlər kimi söyüş taktikasına keçmək heç birinizə uğur gətirmir.
Yayda Nəşriyyatda kafedən “jurnalistikaya” gələn bir qadın vardı, deyirdi baş redaktora deyirəm “obyektlər” ver gedim işləməyə… Baş redaktor dediyi vəsiqə satıb aylıq yığmaqla məşğul idi, mətbuata 1 qəpik faydası olmayan adamdı, əksinə mətbuat adına xələl gətirən.
Hələ 4-cü mərtəbədə biri də var şəhid ailələrindən pul alırdı, 1 ay həbs edildi, yenə öz işindədi. Gətirir şəhid deyə-deyə jurnalını, qəzetini nisyə yığdırır, çap edir, heç pulunu da vermir, sonra xəbər tutduq icra hakimlərindən çap pulu da alır, dizayn pulu da, amma xərcləyir özü üçün. Bəli media belə fırıldaqçılardan, üzqaralarından təmizlənməlidir. Bunu məncə reyestrdən keçənlər də istəyir, keçməyib, dövlətdən heç bir yardım almadan saytlarını min bir əziyyətlə saxlayanlar da.
Elnurə Abuşova
www.AzadMedia.az