22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Mediasiya Şurası “Bir barışığa da sən dəstək ol!” şüarı ilə yola çıxacaq

 Mediasiya Şurası “Bir barışığa da sən dəstək ol!” şüarı ilə yola çıxacaq

Mediasiya Şurası “Bir barışığa da sən dəstək ol!” şüarı ilə yola çıxacaq.

 

YeniZamantv.az xəbər verir ki, Mediasiya Şurasının sədri Nadir Adilovun Azadmedia.az-a verdiyi məlumata görə bu ildən etibarən Mediasiya Şurası ənənələrinə sadiq qalacaq, hətta bu ənənələri təkminləşdirəcək. Şuraya üzv olan mediasiya təşkilatlarında və mediatorlar tərəfindən baxılan işlərin keyfiyyətinin ictimai qiymətləndirilməsi məqsədi ilə mediasiya məxfiliyinin qorunması şərti ilə aşağıdakı nümunəyə əsasən ictimai rəyə hər ay açıq, şəffaf hesabatını təqdim edəcəkdir.

Şura sədrinin dediyinə görə, hər ay elan ediləcək hesabatda ölkə üzrə bütün mediasiya təşkilatlarının adları, rekvizitləri və həmin təşkilatlarda işlərə baxan bütün mediatorlara daxil olan işlərin və bu işlər nəticəsində əldə edilən barışıqların sayı, mediasiya təşkilatları rəhbərlərinin adları, soyadları, telefon nömrələri və ünvanları, habelə mediatorların adları, soyadları göstərilməklə, yayılacaqdır.

Nadir müəllim onu da qeyd etdi ki, Mediasiya Şurasında barışıq sazişlərinin keyfiyyətinə nəzarət məqsədi ilə xüsusi qrup yaradılıb. Qeyd edilən qrup mediasiya məxfiliyinin qorunması şərti ilə barışıq sazişlərinin keyfiyyətini monitorinq edəcək:

“Məqsədimiz üzərimizdə ictimai nəzarəti təmin etməklə, keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsini bütün ölkə boyu təmin etməkdir.
Bizə dəstək olan hər kəsə dərin təşəkkür edirəm.

Bir barışığa da sən dəstək ol!”.

Paylaşın:

Digər yazılar