25.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Dövlət Məşğulluq Agentliyi ISO 37001:2016 beynəlxalq sertifikatına layiq görülüb – FOTO

 Dövlət Məşğulluq Agentliyi ISO 37001:2016 beynəlxalq sertifikatına layiq görülüb – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə ISO Təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikat təqdim edilib.

 

YeniZamantv.az xəbər verir ki, Sertifikat Agentlikdə anti-korrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sisteminə uyğunluğun təmin edilməsini təsdiq edir. “ISO 37001” özündə dünyada formalaşmış ən yaxşı praktikanı ehtiva edir və idarəetmədə şəffaflığın artırılmasına zəmin formalaşdırır.

 

Sertifikatın təqdim edilməsi tədbirində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin əsas dəyərlərindən birinin şəffaflığın təminatı olduğunu, ISO standartlarının tətbiqinin Agentliyin bu istiqamətlərdə işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verdiyini vurğulayıb.

 

O, məşğulluq sahəsində aparılan islahatlar, rəqəmsal məşğulluğun formalaşdırılması istiqamətində əldə olunan uğurlar, gələcək hədəflər barədə məlumat verib.

 

“Caucasus Consulting Group of Companies” MMC-nin nümayəndələri son illər Agentlikdə həyata keçirilən islahatları yüksək qiymətləndirib. Bildiriblər ki, sertifikasiya işləri çərçivəsində İsveçrənin “Swiss Approval” beynəlxalq şirkəti tərəfindən ilkin audit keçirilib. Agentliyin fəaliyyətində müvafiq uyğunluğun olduğu nəzərə  alınaraq ISO 37001:2016 beynəlxalq sertifikata layiq görülüb.

 

Qeyd edilib ki, Agentlikdə korrupsiya hüquqpozmalarının qarşısının alınması, fəaliyyətdə şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarını istisna edən şəraitin yaradılması üçün ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi”nin tələblərinə uyğun olaraq mütəmadi işlər aparılıb. Nazirliyin Antikorrupsiya sisteminə nəzarət Şurasının Qərarı ilə şəffaflıq siyasəti üzrə bəzi sənədlər qəbul edilib və ictimaiyyətə açıqlanıb.

 

“Caucasus Consulting Group of Companies” MMC-nin direktoru Nigar Atabəyli ISO sertifikatını M.Abbasbəyliyə təqdim edib.

 

Bundan əvvəl Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzinə də ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartları üzrə beynəlxalq ISO sertifikatları təqdim edilib. Mərkəz  ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsidir.

 

           

 

Paylaşın:

Digər yazılar