SON XƏBƏR: Türkiyədə daha bir güclü zəlzələ oldu
Türkiyədə növbəti dəfə zəlzələ olub.
YeniZamantv.az yerli mediaya istinadən xəbər verir ki, bununla da gün ərzində üçüncü dəfə güclü yeraltı təkanlar hiss edilib.
Zəlzələ Kahramanmaraşda 5.1, Hatayda isə 4.8 bal gücündə qeydə alınıb. Əlavə dağıntıların olub-olmaması barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gecə baş verən 7.8 maqnitudalı zəlzələ zamanı güclü dağıntılar qeydə alınıb. Son məlumatlara görə, 1541 nəfər ölüb, xəsarət alanların sayı isə 9 minə çatıb.
Xatırladaq ki, yeraltı təkanlar nəticəsində 2834 bina dağılıb. /yenisabah.az/