20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ermənistan bu dəfə də sülh təkliflərini manipulyasiya edəcək- politoloq Məhəmməd Əsədullazadə

 Ermənistan bu dəfə də sülh təkliflərini manipulyasiya edəcək- politoloq Məhəmməd Əsədullazadə

Ermənistan bu yaxınlarda sülh razılaşması ilə bağlı Azərbaycandan təkliflər alıb.

Berlinə səfər edən Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşü zamanı belə deyib.

“Rəsmi İrəvan təklifləri nəzərdən keçirir və mətn üzərində işləməyə davam edir”, – deyə Mirzoyan almaniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

Ermənistanın xarici işlər naziri Xorvatiya XİN rəhbərini İrəvanda qəbul edərkən də eyni açıqlamanı verib. O, bir neçə gün əvvəl verdikləri təkliflərlə bağlı Azərbaycandan cavab aldıqlarını deyib.

“Məzmunu açıqlamayacam. Çünki söhbət detallardan gedir və siyasi baxımdan bu məqsədəuyğun deyil. Müzakirələrin yekunu olaraq biz Azərbaycan tərəfinə öz cavabımızı verəcəyik”, – Mirzoyan vurğulayıb.

Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla növbəti görüşünün yaxın vaxtlarda keçiriləcəyini qeyd edib.

YeniZamantv.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib. Onun sözlərinə görə sülh sazişinin əsasını Azərbaycanın ötən il Ermənistana təqdim etdiyi 5 bənddən ibarət prinsiplər təşkil etməlidir:

“Azərbaycanın sülh təklifləri həm Vaşinqtonda, həm də Praqada aparılan danışıqlarda Ermənistan tərəfindən qəbul edilib. Amma rəsmi İrəvan bu prosesi uzadır.
Bu, Ermənistanın sülh prosesini manipulyasiya etdiyini göstərir. Ararat Mirzoyan qeyd edir ki, bu təklifləri yenidən hazırlayaraq Ermənistana göndərib. Ola bilər ki, tərəflər üçün məqbul olan ortaq variant müəyyənləşdirilib.
Amma ictimaiyyətə bu barədə açıqlama verilmir. Hesab edirəm ki, Ermənistan bu dəfə də sülh təkliflərini manipulyasiya edəcək. Çünki Ermənistan yaxın 6 ay ərazində Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı deyil”.

Paylaşın:

Digər yazılar