23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Hərbyönümlü təşkilatlar Türkiyə səfirliyində oldular

 Hərbyönümlü təşkilatlar Türkiyə səfirliyində oldular

Fevralın 8-də Türkiyədə baş vermiş zəlzələ ilə bağlı “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin təşkilatçılığı ilə bir qrup hərbyönümlü təşkilatlar Türkiyə səfirliyinin qarşısına gəliblər.

 

Ehtiram əlaməti olaraq əklil və gül dəstələri qoyublar. Daha sonra ictimai birlik rəhbərləri Emin Həsənli, Mirhəsən Həsənov, Füzuli Rzaquliyev, Mətanət Əsgərqızı, Əkbər Qoşalı, Maral Qocaman, general Yaşar Aydəmirov   Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ilə görüşüblər. Görüşdə həmçinin Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova da iştirak edib.

Səfir hadisə baş verdiyi ilk andan Azərbaycanın böyük dəstəyinin şahidi olduqlarını bildirib. Minnətdarlıq hisslərini çatdırıb.

Çıxış edən Vətəndaş Cəmiyyəti nümayəndələri iki ölkə arasındakı dostluğun təməlinin keçmişə dayandığını xüsusi vurğulayaraq,bu faciəni birgə attadacağımızı qeyd ediblər. Azərbaycanın ürəyinin Türkiyə ilə vurduğunu, sona qədər dəstək işlərinin aparılacağını dilə gətiriblər.

Paylaşın:

Digər yazılar