20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Heydər Əliyev ili” elan olunması ilə bağlı bələdiyyə üzvləri ilə maarifləndirici tədbir keçirilib

 “Heydər Əliyev ili” elan olunması ilə bağlı bələdiyyə üzvləri ilə maarifləndirici tədbir keçirilib

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı ölkə Prezidentinin Sərəncamının icrasından irəli gələn vəzifələrə dair Bakı şəhəri üzrə fəaliyyət göstərən bələdiyyə üzvləri ilə fevralın 3-də hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə dövlət başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının mahiyyəti diqqətə çatdırılaraq 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olduğu bildirilib.

Çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir bənzərsiz şəxsiyyətin titanik fəaliyyəti, demokratik hüquqi dövlətin qurulması, müstəqil dövlət təsisatlarının yaradılması, milli və mənəvi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi və digər misilsiz xidmətlərindən bəhs olunub. Demokratiyanın uğurlu modellərindən olan yerli özünüidarəetmə institutunun ölkəmizdə yaradılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olduğu xüsusilə vurğulanıb.

Dahi şəxsiyyət Heydər Əliyev və onun azərbaycançılıq məfkurəsinin yerli əhali, xüsusilə gənclər arasında təbliğ edilməsi məqsədilə müxtəlif ədəbi-mədəni tədbirlərin keçirilməsi, Heydər Əliyev irsinin mediada və sosial platformalarda geniş təbliğinə və bələdiyyələr tərəfindən digər görüləcək işlər üzrə müvafiq tövsiyələr verilib.

Tədbirdə həmçinin, digər məsələlər üzrə ətraflı müzakirələr aparılıb, iştirakçılarının sualları cavablandırılıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidməti

Paylaşın:

Digər yazılar