20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

 İran Ermənistanı sevdiyinə görə onun tərəfində deyil – Simonyan

  İran Ermənistanı sevdiyinə görə onun tərəfində deyil – Simonyan

İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə, bunu ilk növbədə öz maraqları üçün deyir.

YeniZamantv.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə spiker Alen Simonyan parlamentin fevralın 9-da keçirilən iclasında xarici əlaqələr üzrə daimi komissiyanın sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı bildirib.

Simonyan vurğulayıb ki, İran Ermənistanı sevdiyinə görə onun tərəfində deyil:
“O, dövlət maraqlarından çıxış edərək silah satır və daşınması ilə məşğul olur. Eyni şey Rusiyaya da aiddir. Sizcə, Rusiya öz maraqlarını bir kənara qoyub deməlidir ki, “biz erməniləri çox sevirik. Yaxşı konyakları var. Gəlin onlar üçün nəsə edək…”. Əlbəttə yox. Bütün ölkələrin, o cümlədən bizim də öz maraqlarımız var”, – Simonyan bildirib.

Parlamentin sədri əmin edib ki, Ermənistanın Qarabağ problemindən başqa qlobal problemi yoxdur.
“Bizim Qarabağdan başqa nə problemimiz var? Biz 30 ildir bu məsələ ilə məşğuluq. 30 ildən sonra nə oldu? Müharibə başladı”, – deyə A.Simonyan vurğulayıb.

Paylaşın:

Digər yazılar