20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Yardımlar hər gün yalnız saat 09:00-dan 18:00-a kimi qəbul olunur

 Yardımlar hər gün yalnız saat 09:00-dan 18:00-a kimi qəbul olunur

Gənclər və İdman Nazirliyi Türkiyəyə yardımlarla bağlı əhaliyə müraciət edib.

YeniZamantv.az xəbər verir ki, müraciətdə qardaş ölkədə baş vermiş zəlzələ qurbanlarına ictimai yardım kampaniyasının davam etdiyi, vətəndaşların könüllü olaraq müxtəlif zəruri tələbat məhsullarını Heydər Əliyev adına İdman Konsert Kompleksinə çatdırdıqları bildirilib.

“Yardım etmək istəyən əhaliyə məlumat üçün bildiririk ki, yardımlar hər gün yalnız saat 09:00-dan 18:00-a kimi qəbul olunur. Digər vaxtlarda yardımların gətirilməməsi xahiş olunur. Çünki qalan vaxtlarda könüllülər yardımların toplanması və çeşidlənməsini, tırlara yığılaraq göndərilməsini təmin edirlər”, – müraciətdə qeyd olunub.

Paylaşın:

Digər yazılar