27.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Azərbaycan XİN başçısı Kahramanmaraşda

 Azərbaycan XİN başçısı Kahramanmaraşda

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə gedib.
YeniZamantv.az xəbər verir ki, nazir artıq Kahramanmaraş şəhərindədir. Səfər çərçivəsində, C. Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.
Həmçinin, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyini (AFAD), Kahramanmaraşın mərkəzində fəaliyyət göstərən azərbaycanlı axtarış-xilasetmə qrupunu, Azərbaycanın səhra hospitalını və axtarma-xilasetmə yerlərini ziyarət edəcək.

Paylaşın:

Digər yazılar