27.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Daş üstündə daş qalmadı” – Ərdoğan

 “Daş üstündə daş qalmadı” – Ərdoğan

“Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ölkəmizin yaddaşında ən böyük fəlakət olan 1999-cu il zəlzələsindən 3 dəfə böyük və 3 dəfə daha dağıdıcı olub. 1939-cu il Ərzincan zəlzələsindən çox daha geniş ərazidə fəlakətə səbəb olub”.

YeniZamantv.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakıra səfəri zamanı çıxşında məlumat verib.

“Dünyanın aparıcı alimləri də zəlzələnin gücü və dağıdıcılığı ilə bağlı həmfikirdirlər. Əsrin fəlakəti olaraq xarakterizə edilən bu zəlzələ, demək olar ki, min kilometrə yaxın ərazidə hiss olunsa da, 500 kilometr ərazidə dağıntıya səbəb olub. Qırılma xətlərinə yaxın ərazilərdə yaşayış məntəqələrimizin bəzi yerlərində daş üstündə daş qalmayıb. Tarlalardakı nəhəng yarıqlar, yolları və dəmir yolu xətlərini nazik məftil kimi əyən sürüşmələr zəlzələnin əlamətləridir. İkinci zəlzələ gündüz baş verdiyi üçün daha az insan itkisinə səbəb olub. İlk zəlzələdə zədələnmiş binaları tamamilə dağıdıb, dağıntıların artmasına səbəb olub.

Ölü və ya diri heç bir vətəndaşımızı dağıntı altında qoymayacağıq. Ən qısa zamanda bərpa işlərinə başlayacağıq. Yenidənqurma üçün planları qururuq. 1-2 həftə ərzində sürətlə yenidənqurmaya başlayacağıq”, – Türkiyə Prezidenti vurğulayıb. (publika.az)

Paylaşın:

Digər yazılar