20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Təkzib olunmaqda qorxulu heç nə yoxdur

 Təkzib olunmaqda qorxulu heç nə yoxdur

Peşəkar diskusiya mühiti niyə vacibdir? – Ekspertdən açıqlama

Peşəkar diskusiya mühiti niyə vacibdir?
Dahi İmmanuil Kant deyirdi ki, “Təkzib olunmaqda qorxulu heç nə yoxdur,  başa  düşülməməkdən qorxmaq laızmdır” .   İngilis publisisti və siyasətçisi Con Kenfild Molli isə  hesab edirdi ki, “Susmağa məcbur etmək  inandırmaq demək deyil”. Ulu  xalqımızın ataları isə deyib ki, “Ara sözü ev yıxar”.
Peşəkar diskusiya mühiti niyə vacibdir?
İndiki informasiya əsrində ən müxtəlif mənbələrdən məlumat alan insanlar, cəmiyyət ətrafda nə baş verdiyini, nəyin doğru, nəyin yanlış olduğunu, perspektivin necə göründüyünü bilmək istəyirlər.
Hazırda isə ictimai iştirakçılığın ən vacib komponenti  kommunikasiyadır. Müasir dövrün tələbləri cəmiyyətlə, ayrı-ayrı təbəqələrlə səmərli kommunikasiyanı şərtləndirir.  Kommunikasiya itəndə çox ciddi problemlər yaranır. Amma cəmiyyətlə kommunikasiya imitasiya xarakterindən uzaq olmalıdır. İndi çoxsaylı alternativlər var ki, insanlar imitasiyanı çox tez bir zamanda aşkarlaya bilirlər. Bu sadə həqiqətlər isə unudulur. Məhz buna görə, ayrı-ayrı şəxslər sosial şəbəkələrdə belə populyarlıq qazanırlar, 3 dostunun yanında sözünü keçirə bilməyənlər, adi  dost məclisində  iki  kəlmə söz deyə bilməyənlər,  bir bədii əsər belə mütailə etməmiş kəslər ictimai rəy liderinə çevriliblər. Açıq diskusiya vərdişlərini itirən cəmiyytələr  məhz  şarlatanlara qulaq verməyə başlayır.

Zaur İbrahimli

QHT sədr

Paylaşın:

Digər yazılar