Təkzib olunmaqda qorxulu heç nə yoxdur
Peşəkar diskusiya mühiti niyə vacibdir? – Ekspertdən açıqlama
Peşəkar diskusiya mühiti niyə vacibdir?
Dahi İmmanuil Kant deyirdi ki, “Təkzib olunmaqda qorxulu heç nə yoxdur, başa düşülməməkdən qorxmaq laızmdır” . İngilis publisisti və siyasətçisi Con Kenfild Molli isə hesab edirdi ki, “Susmağa məcbur etmək inandırmaq demək deyil”. Ulu xalqımızın ataları isə deyib ki, “Ara sözü ev yıxar”.
Peşəkar diskusiya mühiti niyə vacibdir?
İndiki informasiya əsrində ən müxtəlif mənbələrdən məlumat alan insanlar, cəmiyyət ətrafda nə baş verdiyini, nəyin doğru, nəyin yanlış olduğunu, perspektivin necə göründüyünü bilmək istəyirlər.
Hazırda isə ictimai iştirakçılığın ən vacib komponenti kommunikasiyadır. Müasir dövrün tələbləri cəmiyyətlə, ayrı-ayrı təbəqələrlə səmərli kommunikasiyanı şərtləndirir. Kommunikasiya itəndə çox ciddi problemlər yaranır. Amma cəmiyyətlə kommunikasiya imitasiya xarakterindən uzaq olmalıdır. İndi çoxsaylı alternativlər var ki, insanlar imitasiyanı çox tez bir zamanda aşkarlaya bilirlər. Bu sadə həqiqətlər isə unudulur. Məhz buna görə, ayrı-ayrı şəxslər sosial şəbəkələrdə belə populyarlıq qazanırlar, 3 dostunun yanında sözünü keçirə bilməyənlər, adi dost məclisində iki kəlmə söz deyə bilməyənlər, bir bədii əsər belə mütailə etməmiş kəslər ictimai rəy liderinə çevriliblər. Açıq diskusiya vərdişlərini itirən cəmiyytələr məhz şarlatanlara qulaq verməyə başlayır.
Zaur İbrahimli
QHT sədr