Türkiyədə uçan binalar görə 41 nəfər saxlanıldı
Qaziantepdə zəlzələ nəticəsində dağılan “Ayşə-Mehmet Polat” yaşayış kompleksinin podratçısı Mehmet Ərtan Akay İstanbulda saxlanılıb.
YeniZamantv.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Qeyd edək ki, ötən gün Antakya şəhərində yerləşən, zəlzələ nəticəsində dağılan “Renessans Residence”in podratçısı Mehmet Yaşar Coşqun da xaricə qaçmağa çalışan zaman saxlanılıb.
***
Türkiyədə zəlzələ zamanı uçan binalarla bağlı daha 40 nəfər saxlanılıb.
Məlumatı NTV telekanalı yayıb.
Bildirilir ki, əməliyyatlar zamanı Şanlıurfada 11 nəfər, Diyarbəkirdə isə 29 nəfər şübhəli şəxs qismində saxlanılıb.
(axar.az)