23.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

100 min lirə veriıəcək-Zəlzələdə həlak olanların yaxınlarına

 100 min lirə veriıəcək-Zəlzələdə həlak olanların yaxınlarına

Türkiyə prezidenti zəlzələdə həlak olanların yaxınlarına ödəniləcək məbləği açıqlayıb.

YeniZamantv.az xəbər verir ki, onlar 100 min lirə (5300 dollar) alacaqlar.

Nazirlər Kabinetinin iclasından sonra Türkiyə lideri qeyd edib ki, ilk mərhələdə hakimiyyət zərər çəkmiş rayonlarda 30 min evi yenidən tikmək niyyətindədir. Bu proses mart ayından başlayacaq.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, insanların bu vəsaitlərə təcili ehtiyacları var.

Bundan əlavə, Ərdoğan 1 milyon 600 min qurbanın müvəqqəti mənzil aldığını, 2 milyondan çox insanın təxliyə edildiyini bildirib.

Fevralın 6-da respublika ərazisində doqquz saat fasilə ilə iki zəlzələ baş verib. Yeraltı təkanlar on əyalətdə və qonşu ölkələrdə hiss olunub. Son məlumatlara görə, 35 418 nəfər ölüb.     /bakivaxti.az/az

Paylaşın:

Digər yazılar