22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

General Anatoli Sidorov:Hərbi təhlükəsizlik çağırışlarının və təhdidlərinin əsas mənbəyi Qərb elitasının FƏALİYYƏTİDİR

 General Anatoli Sidorov:Hərbi təhlükəsizlik çağırışlarının və təhdidlərinin əsas mənbəyi Qərb elitasının FƏALİYYƏTİDİR

“Qərb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında vəziyyəti gərginləşdirir”.

YeniZamantv.az xəbər verir ki, bunu KTMT-nin baş qərargah rəisi, rusiyalı general Anatoli Sidorov deyib.

“Hərbi təhlükəsizlik çağırışlarının və təhdidlərinin əsas mənbəyi Qərb elitasının təşkilat və ona üzv dövlətlər ətrafında vəziyyəti gərginləşdirməyə yönəlmiş destruktiv fəaliyyətidir”, – general bildirib.

Onun sözlərinə görə, NATO-nun hücum resurslarının Belarus və Rusiyanın qərb sərhədlərinə qədər irəliləməsi, Baltikyanı ölkələrin aqressiv ritorikası və Ukrayna böhranı fonunda artan hərbi fəallıq diqqətdə saxlanılır:

“Bu kontekstdə Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını nəzərə alaraq, ayrı-ayrı dövlətlərin Qafqazda mövqelərini möhkəmləndirmək, Xəzərin ehtiyatlarına və birbaşa Mərkəzi Asiyaya çıxış əldə etmək cəhdləri münaqişənin gərginləşməsinə şərait yaradır”.

Avropa Birliyinin Ermənistan-Azərbaycan təmas xəttinə mülki missiya göndərməsi Rusiya tərəfindən etirazla qarşılanıb.   /teleqraf.com/

Paylaşın:

Digər yazılar