İrandan Azərbaycan səfirliyinə hücumla bağlı YENİ AÇIQLAMA
Azərbaycan səfirliyinə hücumla bağlı dosye məxfi xarakter daşıyır.
YeniZamantv.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu İran Məhkəməsinin sözçüsü Məsud Sitayişi mətbuat konfransında deyib.
O, bu işin ibtidai istintaq mərhələsində olduğunu bildirib: “Bu iş konfidensial xarakter daşıyır. Məsələnin müxtəlif aspekt və cəhətləri çox diqqətlə,peşəkarcasına araşdırılır və müvafiq qərarlar verildikdən sonra ictimaiyyətə məlumat veriləcək”.