Türkiyə dünyanın ən çox qaçqına ev sahibliyi edən ölkəsidir
Türkiyədə baş vermiş zəlzələ Avropada son 100 ilin ən dəhşətli təbii fəlakətidir.
YeniZamantv.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Kluge deyib.
O bildirib ki, regionda yardıma tələbat olduqca böyükdür və hər ötən saat bu tələbat daha da artır. Hazırda regionda 26 milyon insanın humanitar dəstəyə ehtiyacı var:
“İndi vaxt yetişib ki, beynəlxalq ictimaiyyət Türkiyənin illər ərzində dünyanın müxtəlif ölkələrinə göstərdiyi səxavət və dəstəyin cavabını versin. Türkiyə dünyanın ən çox qaçqına ev sahibliyi edən ölkəsidir”. /axar.az/