Tahir Mirkişili :İctimai Şura ilə kifayət qədər konstruktiv əməkdaşlıq əlaqələri mövcuddur
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini maraqlandıran əsas məsələlərdən biri də ictimai sektorun nümayəndələri ilə görüşlərin keçirilməsi və sıx əlaqələrin təmin edilməsidir. Bir sözlə, qanunvericiliyin təkmilləşdirilməsində ictimai sektorun da iştirakı vacib məsələ kimi diqqətdə saxlanılır.
YeniZamantv.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili fevralın 16-da komitə üzvlərinin İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşündə deyib.
Komitə sədri İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə kifayət qədər konstruktiv əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. O qeyd edib ki, “İctimai iştirakçılıq haqqında” Qanuna görə, cəmiyyətin və dövlətin müxtəlif sahələrdə iştirakçılığı mühüm vəzifə kimi qarşıya qoyulub.
On səkkiz qanunda 100-dək dəyişiklik olunduğunu diqqətə çatdıran Tahir Mirkişili diqqətə çatdırıb ki, ictimai sektorun iştirakçılığı, islahatların davam etdirilməsi ölkə iqtisadiyyatının daha da inkişafına töhfə verə bilər.
Komitə sədri bu sahədə görüləcək işlərdən danışaraq, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə görüşlərin nəzərdə tutulduğunu bildirib.