10.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Zantac” dərmanı hələ də satışdadır

 “Zantac” dərmanı hələ də satışdadır

“Ümumiyyətlə, bununla bağlı məlumatlar təsdiq olunduğundan preparatın tətbiqini birinci Dünya Səhiyyə Təşkilatı qadağan etməlidir”.

YeniZamantv.az xəbər verir ki, Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Böyük Britaniyanın “Glaxo” şirkətinin istehsalı olan və mədə yarası xəstəliklərində istifadə edilən “Zantac” dərmanının tərkibində kanserogen olması və bunu bilə-bilə bu haqda heç bir məlumat verməməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Professorun sözlərinə görə, yalnız bundan sonra sözügedən məsələnin hüquqi tərəflərinə baxıla bilər.

Adil Qeybulla bildirib ki, 2019-cu ildə preparatın xərcəng şişi törətməsi ilə bağlı məlumatlar yayılandan sonra artıq həyacan təbili çalınmağa başlayıb:

“Bunlar mədədə, qaraciyərdə, prostat vəzidə xərçəng şişi xəstəlikləri yarada bilir. Əgər dərmanın tərkibində kanserogen maddə olduğunu bilib və gizlədiblərsə, buna görə şirkət mütləq məsuliyyət daşımalıdır. Yox, bununla bağlı heç bir məlumat olmayıbsa və sonradan ortaya çıxıbsa, burada hüquqi məsuliyyət artıq başqa çür dəyərləndirilə bilər. Zamanla bu cür preparatlar olur”.    Adiq Qeybulla “Ranitidin”in kimyəvi denevrator, yəni, mədəyə gələn azan sinir şaxələrini blok edən bir dərman olduğunu vurğulayıb:

Paylaşın:

Digər yazılar