22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Döyüşmək təkcə müharibəyə hazırlaşmaq demək deyil-Vardanyan

 Döyüşmək təkcə müharibəyə hazırlaşmaq demək deyil-Vardanyan

Bu günlərdə Moskvadan Xankəndinə qayıdan seperatçı rejimin “dövlət naziri” Ruben Vardanyan fevralın 17-də iclas keçirib.

YeniZamantv.az xəbər verir ki, Vardanyan Lamın yolunun bağlanmasından sonra yaranmış vəziyyət barədə danışaraq bildirib ki, ərazidə yaşayanlar bu sınaqdan uğurla çıxıblar. 35 il əvvəl Qarabağda erməni separatçı hərəkatının başlamasının ildönümü olduğunu qeyd edən Vardanyan bidirib ki, “biz yenı qərar qarşısındayıq”: “Son aylarda dəfələrlə sual eşitmişəm: döyüşmək nə deməkdir? Döyüşmək ilk növbədə, səni irəli aparan iradədir. İkincisi, siz vacib olan addımları atırsınız. Döyüşmək təkcə müharibəyə hazırlaşmaq demək deyil, döyüşmək hər tərəfli çox böyük, ciddi, gündəlik iş görmək deməkdir. Böhran və blokadanın çətinliklərinə baxmayaraq, durum göstərdi ki, “artsax”da insanlar döyüşməyə hazırdırlar”.

Vardanyanın bu sözləri onun Moskvadan hansı tapşırıqlarla qayıtdığını göstərir. Eyni zamanda, Azərbaycanın öz ərazisində terrorçu-separatçılara qarşı antiterror əməliyyatı aparmasını tezləşdirir

Paylaşın:

Digər yazılar