“QARDAŞ KÖMƏYİ” platforması Türkiyəyə yenə yardım göndərdi
Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım məqsədilə yaradılmış “Qardaş Köməyi” platforması fəaliyyətini davam etdirir.
YeniZamantv.az Platformanın rəhbəri Rəşad Cabirliyə istinadən xəbər verir ki, bu gün “Qardaş Köməyi” platforması üzərindən icra hakimiyyətləri tərəfindən təqdim edilən 11 tır, 26 konteyner Qardaş Türkiyəyə yola salınıb.
Xatırladaq ki, özündə çoxsaylı təşkilatı birləşdirən “Qardaş Köməyi” platforması Bakıda təsis edilib.