“İctimai iştirakçılıq haqqında” Qanuna dəyişiklik edilir – MƏTN
“İctimai iştirakçılıq haqqında” Qanuna dəyişiklik edilir .
YeniZamantv.az xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Sənədə əsasən,
Maddə 6. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 1; 2016, № 6, maddə 1009; 2019, № 6, maddə 990) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.0.2-ci və 14.1.6-cı maddələrdə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;
6.2. 14.2-ci və 16.1-ci maddələrdə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
6.3. 15.1-ci və 15.2-ci maddələrdə “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin;