İsrail Yəhudi Agentliyinin ləğvi ilə bağlı məhkəmə prosesi başlayır-Rusiyada
Rusiyada İsrail Yəhudi Agentliyinin (JAFI) nümayəndəliyinin ləğvi ilə bağlı iş başlayıb.
YeniZamantv.az xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyinin tələbi ilə başlayan işin ilk iclası Moskvanın Basmannı vilayət məhkəməsində keçirilib.
Tərəflərin mövqelərinin dinlənildiyi iclasda işin fevralın 20-də davam etdirilməsinə qərar verilib.
İsrail və Rusiya arasında “Yəhudi Agentliyi” gərginliyi
Rusiya Ədliyyə Nazirliyi, 2022-ci ilin iyulunda o, İsrailin qurulmasında da mühüm rol oynayan İsrail Yəhudi Agentliyinin (JAFI) nümayəndəliyinin şəxsi məlumatların toplanması və saxlanması ilə bağlı Rusiya qanunlarını pozduğunu əsas gətirərək ləğv edilməsini istəyib.
Kremlin sözçüsü Dmitriy Peskov JAFI-nin Rusiya nümayəndəliyinin bağlanması tələbinin Rusiya qanunvericiliyi ilə bağlı olduğunu bildirib.
İsrailin baş naziri Yair Lapid isə Moskvanın JAFI-nin Rusiyadakı nümayəndəliyinin ləğvi tələbinin “iki ölkə arasındakı münasibətlərə təsir edəcəyini” bəyan edib.
Yəhudi Agentliyi 1929-cu ildə yaradılıb
JAFI 1929-cu ildə yaradılıb və məqsədini “dünyadakı yəhudi xalqlarına öz irsləri və torpaqları ilə əlaqə yaratmaq və inkişaf edən yəhudi gələcəyi ilə güclü İsrail qurmaq üçün onlara səlahiyyət vermək” kimi təsvir edir.
Sözügedən Agentlik həm də yəhudilərin Fələstin torpaqlarına yerləşdirilməsinə dair fəaliyyəti ilə tanınır.