24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Ağ Ev hesab edir ki, Çin silahlarının Rusiyaya tədarükü yalnız işğala dəstək olacaq

 Ağ Ev hesab edir ki, Çin silahlarının Rusiyaya tədarükü yalnız işğala dəstək olacaq

“Çin özünü “sülh tərəfdarı” adlandırsa da, ikili oyun oynayır, eyni zamanda Rusiyaya ölümcül hərbi yardım göstərmək qərarına getdikcə yaxınlaşır”.

YeniZamantv.az xəbər verir ki, CNN telekanalı bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, amerikalılar son vaxtlar Çin-Rusiya münasibətlərdə narahatedici tendensiyaları hiss etməyə başlayıblar.

“Pekinin yaxlanmadan Rusiyaya ölümcül hərbi yardım göstərməsi qərarına yaxınlaşdığını və bunu istədiyini göstərən əlamətlər var”, – ABŞ rəsmisi deyib.

ABŞ dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşündə bu məsələni qaldırıb.

“Dövlət katibi kifayət qədər sərt şəkildə Çinin Rusiyaya maddi dəstək verməsinin və ya sanksiyalardan sistematli şəkildə yayınaraq Rusiyaya yardım etməsinin nəticələri barədə xəbərdarlıq edib”, – Dövlət Departamentinin açıqlamasında bildirilir.

Ağ Ev hesab edir ki, Çin silahlarının Rusiyaya tədarükü yalnız işğala dəstək olacaq, cinayətləri davam etdirəcək və qaydalara əsaslanan nizamı daha da pozacaq.

ABŞ rəsmilərinə görə, Çin ikili oyun oynayır, Münhendə “sülh planı”nı təklif etməklə özünü “sülhməramlı” kimi göstərməyə çalışır, amma ölümcül yardımı nəzərdən keçirməklə Rusiyanın hərbi səylərinə gizli kömək edir.

“Biz onlara çox açıq şəkildə bildirdik ki, bu, bizim üçün və münasibətlərimizdə ciddi problem yaradacaq”, – Blinken çinli həmkarına deyib. (teleqraf.com)

Paylaşın:

Digər yazılar