“Samovar” abidəsinin müəllifi vəfat edib
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova vəfat edib.
YeniZamantv.az Report-a istinadən xəbər verir ki, o, 69 yaşında dünyasını dəyişib.
Mərifə Əhmədova uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.
O, əvvəllər Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi, eləcə də şəhərin baş memarı vəzifəsində çalışıb. M.Əhmədova həmçinin Lənkəranın girişində yerləşən “Samovar” abidəsinin müəllifi olub.