22.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Arutyunyan tezliklə Vardanyan problemini tam həll edəcəkləri vədi verib

 Arutyunyan tezliklə Vardanyan problemini tam həll edəcəkləri vədi verib

Xankəndidəki separatçı rejimin lideri Araik Arutyunyan fevralın 23-də ermənilərə müraciət edəcək.

YeniZamantv.az xəbər verir ki, bu barədə məlumat Arutyunyanın bu gün yaydığı bəyanatda yer alıb.

O,  müraciətinin daxili və xarici təhdidlər, eləcə də Xankəndinin (separatçı rejimin – red.) bunun üçün hansı tədbirləri görməkdən ibarət olacağını bildirib.

Bununla belə, diqqət çəkən məqam Arutyunyanın bəyanatında Qarabağdakı ermənilər arasında etimadsızlığın olması və bunun üçün təcili tədbirlərin görülməsi gərəkdiyi fikrinin yer alması olub. O həmçinin separatçı rejimdə “orqanlar”ın ictimai əhvali-ruhiyyəni əks etdirmədiyini, əksinə, obyektiv və subyektiv narazılıq yaratdığını bildirib.

Arutyunyanın fevralın 23-də “konstitusiya dəyişiklikləri”nə gedəcəyini açıqlayacağı da ehtimal edilir. Bu dəyişikliklərdən sonra isə separatçı rejimdə struktur dəyişikliklərinin aparılacağı güman edilir.

Digər tərəfdən, separatçı liderin bəyanatında mühüm məqam qondarma rejimdəki daxili təhdidlərdən bəhs etməsidir. Daxili təhdidlər dedikdə isə Arutyunyan məhz Ruben Vardanyanı nəzərdə tutur. Ona görə də bəyanatında mövcud strukturun əhali arasında narazılıq yaratdığını bildirir. Məhz bu amil Arutyunyanın fevralın 23-də Vardanyanı istefaya göndərəcəyi təxminlərini gücləndirir.

Arutyunyanın Moskvaya getməzdən əvvəl əhali qarşısında çıxış edərək Bakı ilə danışıqlar aparmaq məcburiyyətində olduğunu deməsini nəzərə alsaq, onun fevralın 23-də oxşar ifadələr səsləndirəcəyi güman edilir. Belə bir tapşırığın isə Arutyunyana məhz İrəvandan gəldiyi güman olunur.

Qeyd edək ki, bundan öncə Ermənistanın “Past” qəzeti Mirzoyanın Türkiyədə danışıqlar zamanı Çavuşoğluya tezliklə Vardanyan problemini tam həll edəcəkləri vədi verdiyi haqqında məlumat yayıb./globalinfo.az

Paylaşın:

Digər yazılar