20.09.2024

YENİZAMAN TV

offshore_company1
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“İŞİD-in meydana çıxması üzündən Azərbaycanla İraq arasında ticarət dövriyyəsi təxminən 10 dəfə azalıb

 “İŞİD-in meydana çıxması üzündən Azərbaycanla İraq arasında ticarət dövriyyəsi təxminən 10 dəfə azalıb

“Azərbaycan, Türkiyə və İraq Kürdüstanı Regionu arasında yeni üçtərəfli əməkdaşlıq mexanizminin yaradılması Azərbaycana təkcə bu bölgə ilə deyil, həm də İraqın qalan hissəsi ilə ticarət dövriyyəsini artırmağa kömək edəcək”.

YeniZamantv.az xəbər verir ki,  Bunu “Report”a açıqlamasında Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) rəhbəri Ahmet Uysal deyib.

“İŞİD-in meydana çıxması üzündən Azərbaycanla İraq arasında ticarət dövriyyəsi təxminən 10 dəfə azalıb. Yeni mexanizmin yaradılması çoxşaxəli effekt verə bilər. Bundan başqa, Azərbaycanın İraq Kürdüstanında iştirakı bütövlükdə İraqa kömək edə bilər və həm bu ölkədə, həm də regionda problemlərin həlli üçün zəmin yaradacaq”, – o bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində qələbədən sonra və Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın beynəlxalq münasibətlərdə, xüsusən də Yaxın Şərqdə daha fəal olacağı gözlənilir: “Bu dəhliz Türkiyə vasitəsilə Azərbaycanı Yaxın Şərqə və Qərb dünyasına birləşdirəcəyi üçün İraq Kürdüstan Regionu ilk istiqamətlərdən biridir. Türkiyənin Azərbaycan və İraq Kürdüstanı ilə qardaşlıq əlaqələri həm Bakı, həm də Ərbil üçün təmas nöqtələrinin yaradılmasına töhfə verir”.

Xatırladaq ki, fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb. Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Prezident İlham Əliyev bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.

Paylaşın:

Digər yazılar