24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

“Bakıdakı İran səfirliyi bağlanır, üçüncü ölkə gəlir” – Politoloqdan İLGİNC İDDİA

 “Bakıdakı İran səfirliyi bağlanır, üçüncü ölkə gəlir” – Politoloqdan İLGİNC İDDİA

Prezident İlham Əliyevin Münxendə jurnalistlərə müsahibəsində İranla münasibətlərin düzəlməsi üçün şərtlərini açıqlaması, xüsusən İran hökumətinin səfirliyimizə hücum edən terrorçunun cəzalandırılması məsələsində şəffaf istintaq aparması gərəkdiyini vurğulaması diqqət çəkib. Bunun fonunda ötən gün İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın “Tehran Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya xarici işlər nazirləri ilə “3+3” formatında görüş keçirməyə hazırdır” açıqlaması münasibətlərin normallaşacağı haqda fikirlərin səsləndirilməsinə səbəb olub.

YeniZamantv.az xəbər verir ki,Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, Tehrandan verilən pozitiv bəyanatların heç bir çəkisi yoxdur və İran öhdəsinə düşən addımları atmasa, iki ölkə arasındakı münasibətlər əvvəlki kimi olmayacaq:

“Təbii ki, Prezident İlham Əliyevin İran hakimiyyət dairələrini sərt tənqid etməsi əsaslı idi. Çünki Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra İran nəinki hadisə ilə bağlı ciddi peşmanlıq çəkmədi, hətta hadisənin onların nəzarətindən kənar törədildiyini sübut etməyə çalışdı. İlham Əliyevin bunu Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər bir toplantıda səsləndirməsi də İranın tutduğu əməldən peşman olmadığına işarə edir. Əgər İran törətdiyi terrorun üstünün açıldığını başa düşsəydi, özünü tamamilə başqa cür aparardı.

Fikrimcə, İran terrora görə məsuliyyət daşıdığını etiraf etməyəcək. Belə olan halda Azərbaycanın İranla diplomatik münasibətlərini əvvəlki vəziyyətinə qaytarması mümkün deyil”.

Ə.İbrahimov qeyd edib ki, İranın Bakıdakı səfirliyinin fəaliyyətinin dayandırılması üçün nota verilə bilər:

“Belə olsa, iki qonşu ölkə arasında münasibətlər üçüncü ölkələr vasitəsilə həyata keçiriləcək. Bütün bunların günahkarı İrandır. Rəsmi Tehran bu hadisələrin onun beynəlxalq imicinə hansı səviyyədə zərbə vurmasının fərqində deyil. Elə məhz buna görə də İran normal dünya ölkələri sırasından çıxarılır”.

Paylaşın:

Digər yazılar