Britaniyalı Nazir Şəhidlər Xiyabanında – FOTO
Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Şəhidlər xiyabanını ziyarət edib.
YeniZamantv.az xəbər verir ki, ziyarətdə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da iştirak edib.
“1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik. Kreml indi də oxşar hadisələri Ukraynada törədir”, – səfir “Twitter” hesabında yazıb.
Qeyd edək ki, L.Dokerti Azərbaycanda səfərdədir.
FergusAuldFCDO
@FergusAuldFCDO
Cənab Nazir
ilə Şəhidlər Xiyabanını ziyarət edib, 1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik. Kreml indi də oxşar hadisələri Ukraynada törədir.
Translate Tweet