24.11.2024
Bu sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb.
Siyasət

Siyasət

Mədəniyyət

Sosial

Qarabağ

Araşdırma

Araşdırma

Daxili siyasət

Hadisə

Ekologiya

Hərb

Hərb

Bütün Sərnişinlər Həlak Oldular

 Bütün Sərnişinlər Həlak Oldular

Filippində aktiv vulkanın krateri yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki Avstraliya vətəndaşı və iki yerli sakin həlak olublar.

YeniZamantv.az xəbər verir ki, Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.

“Təəssüf ki, sağ qalan yoxdur”, – o deyib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, fevralın 18-də Bikol Beynəlxalq Hava Limanından Manilaya doğru uçan “Cessna 340A” təyyarəsindəki dörd sərnişin arasında Avstraliyanın “Santos” qaz şirkətinin iki əməkdaşı da olub. Bir saat sonra dispetçerlərlə əlaqə kəsilib. Təyyarənin qalıqları üç gün sonra Luzon adasında yerləşən Mayon aktiv vulkanının kraterinin yaxınlığında aşkar edilib.

Filippin hakimiyyəti axtarış əməliyyatı təşkil edib, lakin onun həyata keçirilməsi təyyarənin qalıqlarının püskürmə zonasının yaxınlığında olmasına görə çətinləşib. Bunun üçün 250-dən çox fövqəladə hal və hərbi personalın səfərbər edildiyi də bildirilir.

Mənbə: TASS

Paylaşın:

Digər yazılar